“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin hazırlanmasının səbəbi açıqlandı

image-hujiopojpg-1733740644backend

“Diplomatik xidmət haqqında” qanunun qəbulundan ötən dövr ərzində dövlət qulluğu ilə bağlı qanunvericiliyə xeyli dəyişiklik edilib, eyni zamanda dövlət qulluğunun xüsusi qolu olan diplomatik xidmət sahəsi xeyli genişlənib.

Busaat.az bu barədə Apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov deyib.

Hüseyn Hüseynov bildirib ki, bəzi hallarda elə məsələlər olur ki, onun heç bir normativ hüquqi aktla tənzimlənməsi mümkün olmur: “Buna görə də yeni “Diplomatik xidmət haqqında” qanun layihəsi hazırlanıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki