Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.11 $▲1.45%
  • WTI neft88.95 $▲1.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.136 $▼0.73%
  • Qızıl3 866 $▼0.17%
  • Gümüş47.57 $▲0.14%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.50 ¢▼0.17%
  • Bitcoin64 456 $▼1.32%
  • Ethereum1 811 $▼1.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər -5 GÜN SONRA...

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik”.

Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:

“Peyvəndin virusa yoluxma, xəstəlik göstəricilərini azaltmasını gözləyirik. Daim virusda mutasiyalar gedir. Əgər çox ciddi bir mutasiyalar getməsə vaksinin effektivliyi yüksək olacaq. Yox, əgər gözlənilənlərin əksinə olaraq virusda ciddi bir mutasiya gedərsə, bu halda vaksinasiyanın effektivliyi aşağı enəcəyi üçün hələ də müxtəlif qorunma tədbirlərinin, qaydaların qalmasına ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada sərt karantin rejimini nəzərdə tutmuram. Amma sosial məsafənin saxlanılması, maskadan düzgün istifadə, əl gigiyenası ən azı qarşımızdakı il ərzində bizim davamlı həyat qaydamıza çevrilməlidir. Yəni, insanlar vaksinasiya olunduqdan sonra belə maska taxmalı, əl gigiyenasına riayət etməli və sosial məsafəni gözləməlidir.

Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.

Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz. İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.

Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq. Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır”.milli.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=31121