Dnestryanıda müharibə qonşu xalqları münaqişəyə sürükləyəcək – Vadim Krasnoselski

image-igor-dodon-meets-with-vadim-krasnoselskibackend

Dnestryanı ətrafında artan gərginlik regionda böyük silahlı münaqişəyə səbəb ola bilər.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, qondarma respublikanın lideri Vadim Krasnoselski deyib.

Vadim Krasnoselskiyə görə, Moldova və NATO üzvü olan Rumıniya Dnestryanıda hər hansı potensial münaqişəyə qaçılmaz olaraq cəlb olunacaq, çünki iki ölkə arasında hərbi razılaşmalar var.

“Dünya müharibəsinə birbaşa yol Dnestryanıdan keçir”, – deyə o, bələdiyyə deputatları ilə görüşdə qeyd edib: “Moldova müdaxilə etsə, Rumıniya da müdaxilə edəcək. Əgər Rumıniya müdaxilə etsə, Rusiya Federasiyası da müdaxilə edəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90