Dövlət qurumu adından istifadə edən şəxslər vətəndaşa qarşı dələduzluq ediblər

image-img-20210307-wa0026backend

Bu gün redaksiyamıza vətəndaş Gülnar Soltanova tərəfindən şikayət ünvanlanıb. Busaat.az xəbər verir ki, şikayətçi müraciəti dələduzluqla üzləşdiyi üçün etdiyini bildirib.

Onun sözlərinə görə, Lalafo.az saytına satış etmək üçün məhsul yerləşdirib və daha sonra məhsulu almaq üçün ona müraciət edilib: “Mənə müraciət edən şəxs özünün Yevlax şəhərindən olduğunu bildirdi. Lakin əlaqə nömrəsi Qırğızıstan Respublikasına aid mobil nömrə idi. Özünü isə təqdim etmədi. Ödəniş etmək üçün mənə link göndərdi və linkin “Azərpoçt” MMC-ə aid olduğunu iddia etdi. Həmçinin, mənə linkə daxil olaraq kart nömrəmi yerləşdirməyimi istədi və avtomatik olaraq kartıma pul yatacağını vurğuladı. Lakin xəta baş verdi və proses alınmadı. Belə ki, prosesin dələduzluq niyyəti ilə həyata keçirildiyi məlum oldu”.

Şikayətçi əlavə edib ki, hadisə “Azərpoçt” MMC-nin adından istifadə edərək pul qazanmaq istəyən dələduzlar tərəfindən törədilib: “Digər vətəndaşlar da belə hallarla üzləşəcəyi təqdirdə, həm müvafiq bank xidmətinə zəng edərək kart hesabının bloklanmasını, həm də aidiyyatı qurumlara müraciət edərək məsələni araşdırmağı tələb etsinlər. Əks halda, hər kəs belə xoşagəlməz hallarla üzləşə bilərlər”.

https://wwwazerpost-safedeal.shop/tracks/1877643634

image-img-20210307-wa0019 image-img-20210307-wa0021 image-img-20210307-wa0020

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90