DTX-nin saxladığı Eldar Həsənov kimdir? – Dosye

DTX-nin saxladığı Eldar Həsənov kimdir? – Dosyebackend

Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

Busaat.az bu məqamda Həsənov Eldar Hümbət oğlunun dosyesini təqdim edir.

Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Kəlbəcərin Laçın kəndində anadan olub.

O, 1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992–ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.

1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun  birinci müavini, 1995-2000 –ci illərdə isə Baş prokuror olub.

2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. Bundan başqa o, eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutub.

Eldar Həsənov General-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, bir müddət əvvəl Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun ölkədən qaçdığına dair mətbuatda xəbərlər yayılmışdı. Onun adı özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstənin məhkəmə işində keçirdi. Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90