Dubayda yaşayan türklər Türkiyəyə 100 TIR yardım göndərib

image-17669668537206758305backend

Kahramanmaraşda baş verən zəlzələdən sonra Dubayda yaşayan türklər yardım kampaniyasına başlayıb.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk iş adamı Haluk Teomanın rəhbərliyi ilə başladılan və Əbu-Dabi Baş Konsulluğunun koordinasiya etdiyi kampaniyada toplanan 100 TIR yardım Adanada zəlzələ bölgəsinə göndərilib.

Göndərilən yardım materialları arasında qış şəraitinə uyğun çadırlar, qızdırıcılar, uşaq, qadın və kişilər üçün istifadə olunmamış paltarlar, çarpayılar, ədyallar, yataq dəstləri, qadın və uşaqlar üçün gigiyena və təmizlik vasitələri, həmçinin ev heyvanları üçün yemlər də olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90