Dünyada silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı açıqlandı

image-mycollages_-_2021-06-05t042821-220backend

Hər il dünyada münaqişələr nəticəsində çox sayda uşaq həlak olur. Bununla yanaşı, silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı hazırda 160 milyona yaxındır.

Busaat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi BMT və “Save The Children” beynəlxalq QHT-nin məruzələrinə istinadən bildirir.

BMT-nin məlumatına görə, son 10 ildə baş vermiş münaqişələr nəticəsində əlil olmuş və ya həlak olmuş uşaqların sayı 93 mindən çoxdur.

2020-ci ildə uşaqlara qarşı rekord sayda təsdiq edilmiş hüquq pozuntuları qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 26 min çoxdur.

Bildirilir ki, 2005-ci ildən bəri uşaqlara qarşı törədilən ciddi hüquq pozuntularının sayı 250 mindən çoxdur.

Qanun pozuntularına ən çox Fələstin, Yəmən, Konqo Demokratik Respublikası, Somali və Əfqanıstanda rast gəlinib.

2010-cu ildən gündə 25-ə yaxın uşaq münaqişə zamanı həlak olur və ya xəsarət alır.

“Save The Children”in 2020-ci il hesabatına əsasən, qaynar münaqişə zonasında yaşayan uşaqların sayı 2018-ci illə müqayisədə 2 faiz artaraq 160 milyona çatıb.

Təşkilatın 2019-cu il hesabatına əsasən isə uşaqların yaşadığı ən təhlükəli ölkələr Asiya və Afrikada yerləşir.

Bu siyahıya Əfqanıstan, Cənubi Sudan, İraq, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Mərkəzi Afrika Respublikası, Somali, Sudan, Suriya və Yəmən daxildir.

BMT-nin məlumatına görə, bütün dünyada 250 minə yaxın uşaq münaqişələrə cəlb edilib. Bu uşaqlar döyüşçü, casus, aşpaz və s. kimi istifadə olunur.

Qızlar cinsi zorakılığa məruz qalırlar. Onlar bütün hüquqlardan məhrumdurlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90