Varşavada, Zelazna və Çlodna küçələrinin kəsişməsində ilk baxışdan nəzərə çarpmayan, cəmi 1,5 metr eni olan ev yerləşir.
BiG.AZ-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, ev burada ilk yaşayan şəxsin – israilli yazıçı və rejissor Etqar Keretin – şərəfinə “Keret evi” adlanır.
Dar ağ korpusu və kiçik pəncərəsi olan “Keret evi”nin divarları kənardakı evlərə toxunmur.
Sənədlərə əsasən, burada yaşamaq üçün hər cür şərait olsa da, ev yaşayış evi hesab olunmur. Bu, daha çox keçmiş və gələcəyin arasındakı körpünü simvolizə edən “sənət əsəri”dir.