
"Düşünmürəm ki, Çin Rusiya və ya Putinə hörmət edir " - Bayden
“Çinin Rusiyaya və ya Putinə böyük hörməti olduğunu hesab etmirəm”.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Coe Bayden mətbuat konfransında açıqlama verib.
“Məncə, Çinin Rusiyaya və ya Putinə o qədər də hörməti yoxdur. Düşünmürəm ki, onlar Rusiya ilə münasibətlərə xüsusi bir ittifaq kimi baxırlar. Əslində onlar məsafəni saxlayırlar. Çin prezidenti Si Tsinpinin dünyanın ən güclü ordusuna, eləcə də ən böyük iqtisadiyyatına sahib olmasını istədiyi barədə ilkin mülahizəsindən geri çəkilib çəkilmədiyini dəqiqləşdirmək lazımdır. Bu çox uzun bir yoldur. ” –deyə, Bayden qeyd edib.
Busaat.az























