Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.22 $▼0.65%
  • WTI neft88.16 $▼0.45%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.154 $▼2.35%
  • Qızıl3 877 $▼0.24%
  • Gümüş48.03 $▼2.23%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda591.50 ¢▼0.29%
  • Bitcoin64 788 $▼0.60%
  • Ethereum1 810 $▼0.96%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

DYP-dən avtomobillərdə maskadan istifadə ilə bağlı açıqlama - Cərimə yazılacaq

image-maska
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib, amma bu qərar qapalı məkanlara, o cümlədən ictimai nəqliyyata aid deyil”.

Busaat.az “report”a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O, hərəkət iştirakçılarına müraciət edib: “Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar. İctimai nəqliyyatdan və taksi xidmətlərindən yararlanan insanlar tibbi maskadan mütləq istifadə etməlidir”.

“Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər.

Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”, – şöbə rəisi qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48378