Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

DYP əhaliyə müraciət etdi - 1-3 mart tarixlərində...

image-dypbaki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Busaat.az-a verilən məlumata görə, ölkəmizdə keçiriləcək dövlət əhəmiyyətli tədbirlə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə martın 1-dən 3-dək şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini xahiş olunur.

Qeyd edilib ki, Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi, paytaxt sakinlərinin isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etməsi, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri məqsədəuyğundur.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən isə bildirilib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə doğru əsasən Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük vermək, Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməmək xahiş edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102156