Əbu-Dabidə uçan taksilər fəaliyyətə başlayacaq

image-voloc-1625859371backend

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uçan taksilər fəaliyyətə başlayacaq.

Busaat.az “Arabian Business”-ə istinadən xəbər verir ki, yeni nəqliyyat yaxın üç il ərzində şəhər sakinləri və qonaqlarının istifadəsinə veriləcək.

Hesablamalara görə, bu taksilər adi avtomobillərdə 60 və 90 dəqiqəlik gedişləri havada 10-20 dəqiqəyə qədər azaldacaq.

Uçan taksilər eyni vaxtda dörd sərnişin və bir pilotu daşıya biləcək.

Qeyd olunur ki, maşınlar elektrik enerjisi ilə işləyir və uçuşlar arasında minimum enerji doldurmaq tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki