Əfqanıstanda ard-arda partlayış – 11 ölü, 28 yaralı

image-efqanbackend

Əfqanıstanda ard-arda iki partlayış baş verib. Busaat.az  xəbər verir ki, paytaxt Kabildə iftar vaxtı məktəbin qarşısında və  Zabul vilayətində sərnişin avtobusu partladılıb.

Hadisə nəticəsində 11 nəfər ölüb, 28 nəfər yaralanıb.

Zabul vilayətinin sözçüsü Gül İslam Siyal mətbuata verdiyi açıqlamada qeyd edib ki, Muska bölgəsindəki yolda basdırılan bomba mülki vətəndaşları daşıyan sərnişin avtobusu ərazidən keçərkən işə düşüb.

Siyal həyatını itirənlər arasında uşaqların olduğunu bildirib. Əfqanıstan Daxili İşlər Nazirliyi hücuma görə “Taliba”nı təqsirləndirib.

Hücuma məsuliyyəti hələ heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90