Əfqanıstanda bombalı hücum: 7 nəfər öldü

image-kapak_093246backend

Əfqanıstanın şimalında yerləşən Bəlx vilayətinin mərkəzi mahalı Məzari-Şərifdə zabitləri daşıyan avtobusa bombalı hücum təşkil edilib.

Busaat.az xəbər verir ki, hücum nəticəsində 7 nəfər həyatını itirib.

Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri Seyidabad qovşağında həyata keçirilən hücumda daha 6 nəfərin yaralandığını bildirib.

Hadisə yerinə tibbi yardım qrupları göndərilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90