Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Əhaliyə sənədsiz evlərlə bağlı YENİ XƏBƏR - VİDEO

image-6y_1704345602-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rəsmi məlumatlara görə, Bakı və ətraf ərazilərdə 500 mindən çox sənədsiz ev var. Bir müddət əvvəl səndəsiz evlərə çıxarışların verilməsi üçün işlərə başlansa da, problem hələ də tam həll olunmayıb.

Qonşu ölkə Gürcüstanda artıq sənədsiz fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib. Qərar fiziki şəxsə məxsus torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək. Tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək. Bəs, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?

Busaat.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, səndəsiz evlərin olduğu əksər ərazilərdə lazımi infrastruktur qurulduğu üçün sözügedən təcrübədən yararlanmaq olar. Çünki bu həm vətəndaşa, həm də dövlətə sərf edir.

Ekspert bildirib ki, ötən il 50 minə yaxın sənədsiz qeyri-yaşayış obyektinə çıxarışların verilməsinə başlanıb. Onun sözlərinə görə, fərdi yaşayış evləri də bu prosesdən kənarda qalmamalıdır. Çünki sənədsiz evlərə çıxarış verilmədiyinə görə vətəndaşlar qeydiyyatsız yaşamaq məcburiyyətində qalırlar. Bu da onlara müəyyən problemlər yaradır.

Ekspert əlavə edib ki, tikinti amnistiyası sayəsində qanunsuz tikililərlə bağlı çətinlikləri də aradan qaldırmaq olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=131976