Əhaliyə SEVİNDİRİCİ XƏBƏR – Kredit faizləri azaldıla bilər

image-photo-514673-1686218288q162tbackend

Banklardan kredit götürmək istəyən vətəndaşların üzləşdiyi ən əsas çətinliklərin başında faizlərin həddindən artıq yüksək olması dayanır.
Bu cür yüksək faizlərin olması eyni zamanda tez-tez problemli kreditlərin meydana gəlməsinə səbəb olur. Bəs bu cür yüksək faizlərin aşağı salınması üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı deputat Vüqar Bayramov Referans.az-a danışıb.

“Bank kreditlərinin faizlərinin azaldılması vacib şərtlərdən biridir, ancaq keçirilən monitorinqlər onu göstərir ki, bu faizlər yüksək olaraq qalmaqdadır. Bizim Mərkəzi Banka təklifimiz ondan ibarətdir ki, kredit faizlərinin azaldılması ilə bağlı daha sistemli fəaliyyətin həyata keçirilməsi reallaşsın. Bununla bağlı biz öz təkliflərimizi Mərkəzi Banka təqdim etmişik. Təəssüf ki, bankların kreditləri kifayət qədər yüksəkdir. Vətəndaşlar kredit götürdükdən sonra kifayət qədər ciddi bir borclanmaya düşür və bu hal problemli kreditlərin yaranmasına səbəb olur. Bu baxımdan kredit faizlərinin azaldılması ilə bağlı müzakirələrin aparılmasına baxmayaraq, təəssüf ki, yenə də kredit faizləri yüksək olaraq qalır. Hər halda bu faizlərin azaldılması istiqamətində işlərin daha da intensivləşdirilməsi və sistemləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə atıla biləcək addımlar həmçinin kreditlərin əlçatanlılığının genişləndirilməsi istiqamətində olmalıdır. Ümid edirik ki, Mərkəzi Bank mövcud üsullardan istifadə etməklə kredit faizlərinin aşağı salınması istiqamətində işlərini daha intensivləşdirəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90