Əhmədinejatdan Çin, Rusiya və Pakistana XƏBƏRDARLIQ

image-mahmudbackend

“Çin, Rusiya və Pakistan “Taliban” hərəkatını dəstəklədiklərinə görə peşman olacaqlar”.

Busaat.az xəbər verir ki, bunu İranın keçmiş Prezidenti Mahmud Əhmədinejat “Aamaj News”a verdiyi müsahibəsində deyib.

“Taliban” hərəkatının ABŞ tərəfindən dəstəkləndiyini və onların Pakistanda təlim keçdiyini qeyd edən sabiq Prezidentin sözlərinə görə, xalqı güc ilə idarə etmək istəyən talibançılar bütün dünya üçün ciddi təhlükə olacaq.

Əhmədinejat, həmçinin qeyd edib ki, “Taliban” nə dini, nə də etnik hərəkatdır: “Çünki din silahla uyğun gəlmir”.

O əlavə edib ki, “İŞİD” və “Əl-Qaidə” terror təşkilatları Əfqanıstanda sürətlə təşkilatlanır və hazır olduqlarında Əfqanıstanın bütün qonşu ölkələri üçün ciddi təhlükəyə çevriləcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90