Məzmuna keç
  • Azeri Light125.00 $▲0.00%
  • Brent neft111.47 $▲1.14%
  • WTI neft102.78 $▲1.34%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.898 $▼4.29%
  • Qızıl4 025 $▼0.64%
  • Gümüş51.91 $▼2.57%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda603.25 ¢▲0.63%
  • Bitcoin78 523 $▼3.35%
  • Ethereum2 262 $▼4.01%
  • S&P 5007 720▼0.36%
14°Bakı
  • USD1.6991
  • EUR1.8912
  • 100 RUB2.1081
  • GBP2.2580
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2543
  • GEL0.6550
  • 100 KZT0.3728
  • UAH0.0373
  • 100 JPY1.0761
  • CHF2.0467
  • USD1.6991
  • EUR1.8912
  • 100 RUB2.1081
  • GBP2.2580
  • TRY0.0341
  • AED0.4627
  • CNY0.2543
  • GEL0.6550
  • 100 KZT0.3728
  • UAH0.0373
  • 100 JPY1.0761
  • CHF2.0467
Sağlamlıq

“Əks təsiri olmayan peyvənd tapılsa, onu ilk alan ölkələrdən olmaq istəyirik”- TƏBİB

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz hələ ölkəmizə koronavirusla bağlı heç bir peyvənd gətirməmişik və gətirmək fikrimiz də yoxdur. Biz gözləyirik, məqsədimiz odur ki, həqiqətən immunitet yarada bilən və əks təsiri olmayan peyvənd istehsal olunsun və onu ilk ala bilən ölkələrin sırasında olaq”.

Busaat.az xəbər verir ki, bunu REAL TV-yə TƏBİB-in departament rəhbəri Yaqut Qareyeva bildirib. O, peyvəndlərin fəsadlarından da danışıb və qeyd edib ki, bəzən adi bir qidadan da allergik reaksiya ola bilir:

“Unutmamalıyıq ki, hər bir dərman preparatının əks təsiri var. Peyvənd də dərman vasitəsidir, individual olaraq bir qrup insanda fəsad törədə bilər. Adətən virus peyvəndləri texnoloji olaraq toyuq yumurtası hüceyrələrində əmələ gətirilir və bununla bağlı yumurtaya, toyuq və ya ətə allergiyası olan şəxslərlə bağlı qeyd olur. Amma bununla belə, bütün mərhələlərdən keçmiş peyvəndlərdən qorxmamalıyıq”.

TƏBİB rəsmisi son həftələr Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlərin artmasının səbəblərindən də danışıb və bildirib ki, bu, insanların davranışları ilə bağlıdır:

“Biz gözləyirdik ki, payız-qış aylarında havalar soyuduqca virusa yoluxma statistikasında artım olacaq. Lakin hələ hava soyumayıb. Deməli, burada daha çox davranış problemləri var. Sentyabrda rəqəmlərin aşağı olması nəticəsində insanlarda bir rahatlanma var idi. Bir də bizdən asılı olmayaraq, son bir ayda insanların kütləvi bir yerə toplanması, maskadan istifadə olunmaması, fiziki məsafənin unudulması xəstəliyin artmasına səbəb olub”.

Y. Qarayeva əlavə edib ki, hazırda 200-dən çox koronavirus xəstəsi intensiv terapiya şöbəsində müalicə alır və onlardan 42 nəfəri süni tənəffüs aparatına qoşulub. Lakin yoluxanların çoxunun xəstəliyi yüngül keçirməsi və ev şəraitində müalicə alması sevindiricidir.

Gülnar Əliyeva

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22671