Eksperimental kriptovalyuta ticarəti təsdiqləndi

image-1f6246d2-9e45-4ba6-ae9e-be7d3225ace0backend

Rusiyada Mərkəzi Bankın nəzarəti altında eksperimental kriptovalyuta birjası ticarətinə icazə verilib.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Maliyyə Bazarı Komitəsində baxılan müvafiq qanun layihəsində məlumat verilib.

Məlumata görə, Rəqəmsal innovasiyalar sahəsində eksperimental hüquqi rejim (EPR) qaydaları Rusiya Bankı tərəfindən müəyyən ediləcək.

Belə ki, sentyabrın 1-dən Mərkəzi Bank Rusiyada rəqəmsal valyuta ilə mütəşəkkil ticarət üçün EPR proqramını təsdiq edə biləcək.

Müvafiq sənədlər rəqəmsal valyutaların ticarətə buraxılması prosedurunu və bunun üçün ödəniş edə biləcək ticarət təşkilatçılarına olan tələbləri əks etdirməlidir.

Tənzimləyici həm də ticarətin ticarət sistemi tərəfindən həyata keçirilə biləcəyi halları müəyyən etməlidir.

Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki