Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.63 $▼4.15%
  • WTI neft81.93 $▼3.32%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.394 $▲7.34%
  • Qızıl3 745 $▼1.12%
  • Gümüş45.46 $▼0.77%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 897 $▲1.06%
  • Ethereum1 777 $▲0.86%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Əl-Cəzirə” Füzuli şəhərindən süjet yayımladı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabrın 18-də xarici jurnalistlər işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Media nümayəndələri arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Busaat.az xəbər verir ki, kanal Füzuli şəhərindən süjet yayımlayıb.

Süjetdə bildirilir ki, demək olar bütün Füzuli şəhəri dağıntılar içindədir. Azərbaycan hökuməti dəymiş ziyanı qiymətləndirmək üçün xarici ekspertləri dəvət edəcəyini və törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, bu dağıntılar Ermənistanın Füzuli şəhərini vandalizmə məruz qoymasının nəticəsidir: “Füzuli işğaldan əvvəl Azərbaycanın ən gözəl şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma işlərinə başlayıb. Daha sonra biz Füzuliyə və işğaldan azad olunmuş digər ərazilərə məcburi köçkünləri qaytaracağıq. Beynəlxalq ictimaiyyət bununla da Ermənistanla Azərbaycan arasındakı fərqi görəcək. Hamı Ermənistanın dağıdıcı fəaliyyətinin və Azərbaycanın quruculuq işlərinin bir daha şahidi olacaq. Təbii ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşımalıdır. Biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik”.

Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdə heç bir infrastrukturun qalmadığını, hətta bir binanın belə olmadığını bildirib. O, bütün bu ərazilərin ermənilər tərəfindən minalandığını diqqətə çatdırıb.

 

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25095