Əl-Cəzirə jurnalistinin ölümü hərtərəfli araşdırıldı – İsrail MN

image-thumbs_b_c_4a5503d31f6454b2343cd884cbd912d2backend

Qətərin “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Aklehin ölümü hərtərəfli araşdırılıb və İsrail rəhbərliyi qəza ilə bağlı artıq başsağlığı verib.

Busaat.az xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Benni Qantz bildirib.

“Mən Şirin Əbu Aklehin ölümündən sonra başsağlığı verdim. Eyni zamanda, yadda saxlamalıyıq ki, bu, hərtərəfli araşdırılmış döyüş ssenarisi idi” – deyə, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti nazirin sözlərini sitat gətirib.

Qantzın sözlərinə görə, İsrail ordusu bütün döyüş əməliyyatlarında mümkün olan ən yüksək mənəvi prinsiplərə riayət edir və ordunun əsas məqsədi İsrail vətəndaşlarının müdafiəsidir: “Başqa heç bir ordu İsrail Müdafiə Qüvvələri kimi mənəvi standartlara əməl etmir və mən İsrail vətəndaşlarını qoruyan bütün müdafiə strukturlarına, komandirlərə və əsgərlərə tam dəstəyimi vurğulamaq istəyirəm”.

“Əl-Cəzirə” telekanalının Şirin Əbu Aklehin ölümü ilə bağlı İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırması qərarını şərh edən nazir qeyd edib ki, Qətər kanalı İranda və digər problemli bölgələrdəki jurnalistlərin taleyinə daha çox diqqət yetirməlidir: “Mən rəsmilərə və “Əl-Cəzirə”yə İranda və Əl-Cəzirə-nin fəaliyyət göstərdiyi qonşu bölgələrdə müxbirlərlə nə baş verdiyini araşdırmağı məsləhət görürəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90