“Əl-Qaidə” və “İŞİD” İsrailə hücum etməyə çağırdı

image-981610backend

“Əl-Qaidə” və “İslam Dövləti” (İD) öz ardıcıllarını İsrail, ABŞ və yəhudilərdəki hədəflərə hücum etməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Son iki həftə ərzində Əl-Qaidə ilə əlaqəli şəxslər bir sıra bəyanatlar səsləndirərək, Həmas-ı “İsrailə hücum etdiyi” üçün təbrik ediblər.

Bildirilir ki, 4500-dən çox fələstinlinin ölümünə səbəb olan müharibə İslam dünyasında hiddətə səbəb olub.

Ekspertlərin fikrincə, bu, ekstremist qruplar üçün imkan yaradır.

Əl-Qaidənin Somalidəki qolu olan əl-Şəbab son açıqlamasında bildirib ki, Yaxın Şərqdəki münaqişə bütün müsəlman ümmətinin döyüşüdür.

“Müsəlmanlar bir araya gələrək yəhudilərə və onların ikiüzlü kafir müttəfiqlərinə qarşı mücahidləri dəstəkləmək üçün əllərindən gələni etməlidirlər”, – açıqlamada qeyd edilir.

“Əl-Qaidə”nin Hindistan, Yəmən və Suriyadakı digər qolu da oxşar bəyanatlar verib.

“Əl-Qaidə”nin Şimali və Qərbi Afrikadakı mərkəzləri HƏMAS-ın İsrailə hücumlarını yüksək qiymətləndirib və yəhudilərə qarşı zorakılıqların davam etdirilməsinə çağırış ediblər.

Pəri Əlizadə,
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki