
Əlcəzairdən çağırış: Rusiyanın ərzaq və taxıl məhsullarına sanksiya tətbiq edilməməlidir
Rusiya ərzaq və taxıl məhsullarına qarşı sanksiya tətbiq edilməməlidir.
Busaat.az xəbər verir ki, bu barədə Əlcəzairin Xarici İşlər naziri Ramtane Lamamra Paris Sülh Forumunda çıxış edib.
Ramtane Lamamra bildirib ki, taxıl müqaviləsi çərçivəsində Rusiya ərzaq məhsullarının tədarükünə heç bir sanksiya və digər məhdudiyyətlər olmamalıdır: “Qida ilə bağlı hər şey sanksiyalara və ya digər maneələrə məruz qalmamalıdır”.
“Biz bu zəruri təşəbbüsün uğurla həyata keçirilməsi üçün bütün tərəflərin xoş niyyətinə ümid edirik” -deyə, Lamamra noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılması üçün hər şey etmək lazım olduğunu söyləyib.
Busaat.az























