Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 631 $▲0.81%
  • Ethereum1 807 $▲2.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar

image-thumb600x0-12
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın ali lideri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Azərbaycan – İsrail əlaqələrini tənqid edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, o, bu barədə “Təsnim” xəbər agentliyinə açıqlamasında danışıb.

“Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”, – deyə Vilayəti bildirib.

O, Bakıyla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub.

“Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, – deyə Əli Xameneyinin müşaviri qeyd edib.

Qeyd edək ki, bundan öncə də İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib, onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.

Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq başqalarına dövlətin daxili və xarici işlərinə qarışmasına imkan verilməyəcəyini bəyan edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80431