Elon Mask 100-ə yaxın Starlink peykinin İranı internetlə təmin etdiyini açıqladı

image-elon-musk-tan-iran-icin-starlink-hamlesi-1067825-5backend

SpaceX və Twitter-in sahibi Elon Mask, 100-ə yaxın Starlink peykinin İran xalqına internet dəstəyi təmin etdiyini bildirib.

Busaat.az xəbər verir ki, Mask Twitter-də İrandakı Starlink peyklərinin vəziyyəti ilə bağlı paylaşım edib.

Mask öz yazısında qeyd edib ki, internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş Starlink peykləri İranda aktivdir və onların sayı 100-ə yaxınlaşır.

Əvvəlki yazısında Mask etirazların davam etdiyi İranda nümayişçilərin əlaqə saxlamasına imkan vermək üçün Starlink peyklərini istifadəyə açacağını bildirmişdi.

Starlink nədir?

Starlink kosmosa əsaslanan sistemdir. SpaceX şirkəti uzun illərdir ki, dünyanın internetə çıxışı təmin olunmayan yerlərində internetə çıxışı asanlaşdırmaq üzərində işləyir.

Elon Mask tərəfindən qurulan SpaceX, Starlink peykləri ilə yerin orbitində 12 min peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90