Elon Mask Apple-a müharibə elan etdi: “Twitter-i hədələdilər”

image-kapak_093843backend

Twitter-i satın alan Elon Mask, Apple-ın Twitter-i App Store-dan silməklə hədələdiyini iddia edib.

Busaat.az xəbər verir ki, bu barədə Mask Twitter-də paylaşım edib.

“Apple, Twitter-də reklamını böyük ölçüdə dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlərmi? Burada nələr olur?” –deyə, paylaşımda qeyd olunub.

Tesla-nın CEO-su və Twitter-in yeni rəhbəri Elon Mask Apple-ın Twitter-də reklamlarının əksəriyyətini dayandırdığını, şirkətin sosial media platformasını App Store-dan silmək ilə hədələməkdə günahlandırdığını söyləyib.

Elon Mask Twitter-də bir sıra paylaşımlarda Apple-ı senzurada günahlandıraraq onun siyasətini, o cümlədən tətbiq mağazasında edilən satışlardan pay almaqda ittiham edib.

Mask bir sıra Twitter paylaşımlarında Apple-ı öz mağazasındakı proqramların müəyyən məzmun standartlarına cavab verməsini tələb edərək azadlığı boğmaqda günahlandırıb və şirkətin Amerikada söz azadlığına nifrət edib-etmədiyini soruşub.

“Apple həmçinin Twitter-i App Store-dan çıxarmaqla hədələyib, lakin bunun səbəbini bizə deməyəcək. Bilirdinizmi ki, Apple gizli şəkildə App Store-dan aldığınız hər məhsulda 30 faiz vergi tətbiq edir” –deyə, Watcher Guru-nun tvitindən sitat gətirib.

Bloomberg-ə görə isə, GM və VW-dən General Mills və Eli Lilly-ə qədər şirkətlər Twitter-dəki reklamlarını ya azaldıb, ya da reklamı tamamilə dayandırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90