Elon Mask Twitter-in sahibi oldu – Keçmiş rəhbərlər qovuldu

image-elon-musk-twitterbackend

Twitter-in satışı prosesi başa çatıb. Twitter Inc-in yeni sahibi Elon Musk, satın alma prosesində onu aldatmaqda ittiham etdiyi top-menecerləri işdən çıxarıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatında xəbərlər yer alıb.

Xəbərlərə görə Maskın Twitter-i satın almasının tamamlandığı bildirilib.

Sözügedən xəbərlərdə Maskın Twitter-in baş direktoru (CEO) Paraq Aqraval, Baş Maliyyə Direktoru (CFO) Ned Seqal, hüquq və siyasət meneceri Vijaya Qadde və baş məsləhətçi Sean Edgetti işdən çıxardığı qeyd edilib.

Əvvəllər Twitter-də 9,2% pay alan Elon Mask, aprelin 14-də SEC-ə verdiyi açıqlamada bütün Twitter-i satın almaq üçün hər səhmə 54,2 dollar təklif etdiyini bildirib. Aprelin 25-də Twitter-dən verilən açıqlamada şirkətin Maska satılması ilə bağlı razılığın əldə edildiyi söylənilib.

Ancaq Mask mayın 13-də sosial media şirkəti Twitter-i almaq barədə müqaviləni müvəqqəti olaraq dayandırdığını elan edib. Digər tərəfdən Twitter, müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə verib.

Bununla belə, Mask oktyabrın əvvəlində Twitter-ə 44 milyard dollarlıq sövdələşməni tamamlamaq üçün məktub göndərib və ilkin qiymətə yenidən təklif verib.

Artıq Tesla və SpaceX-in baş direktoru Elon Mask Twitter-i 44 milyard dollara alıb.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki