Elton Məmmədov: “Azərbaycanın strateji hədəfləri -sabitlik və inkişaf”

image-elton2backend

Texniki elmlər doktoru, Professor  II, III və IV çağırış Milli Məclisin deputatı, AMEA-nın Sosial xidmətlər şöbəsinin müdiri  Elton Məmmədovun Xalq.az-a verdiyi müsahibəni təqdim edirik:

-Keçirilən növbədənkənar parlament seçkiləri və nəticələri ilə bağlı mövgeyinizi öyrənmək istərdik?

-Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunduqdan sonra dövlətimizin tarixində bir çox böyük əhəmiyyət daşıyan hadisələr baş vermişdir. Şübhəsiz ki, bunların arasında ən diqqətə layiqi cari ilin fevral ayında azad edilmiş doğma torpaqlarımız da daxil olmaqla, bütöv Azərbaycan ərazisində keçirilmiş Prezident seçkiləri və 1 sentyabr baş tutan növbədənkənar Milli Məclis seçkiləridir.  Bu tarixlərdə keçmiş məcburi köçkünlərimiz  böyük qürur hissi ilə 30 illik həsrətlərinə son qoyaraq, azad olunmuş doğma yurdlarında öz səs vermə hüququndan yararlanmışdırlar. Keçirilən seçkilər azad, demokratik və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara tamamilə uyğun olması ilə milli dövlətçilik tariximizdə mühüm hadisələrdən biri kimi yadda qaldı.

–  Siz seçkilərdə iştirak etmək istədiniz namizəd oldunuz, sonra namizədliyiniz ləğv olundu nə baş verdi?

 Müstəqil, süverən ölkəmizin vətəndaşı kimi məndə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Ucardan əhalinin istəyi ilə namizədliyimi irəli sürmüşdüm. Bildiyiniz kimi mən üç çağırış Milli Məclisin deputatı olmuşam, Ucar rayonunda qərargahım olub qəbul günüm olmayıb köməkçim hər gün seçiciləri qəbul edib. Bu illər ərzində hər zaman seçicilərlə görüşlər keçirmişəm,onların hər bir çağırışını, istəyini qanunvericiliyimizin tələbələrinə uyğun icra etmişəm. Hətta deputat olmadığım müddətdə belə  həmyerlilərim bu günə qədər müraciətləri  edir  və onlara  əlimdən gəldiyim dəstəyi əsirgəmirəm. Yəni, üzərimə düşən bütün işləri yerinə yetirməyimlə verilən vədlərin həyata keçirilməsinə nail olmuşam. O ki, qaldı seçkilərdə iştirak edə bilməməyimə bu məsələ mənim təyin etdiyim  səlahiyyətli şəxslərə,vəkillərimə görə oldu. Onların seçki məcəlləsinin tələblərinə uyğun olmayan sənədlərdə olan çatışmamazlıqları zamanında aradan qaldıra bilməməsi, MSK-nın araşdırması ilə uyğun olan qərar qəbul etməsi ilə nəticələndi.  Bu da onu göstərir ki, hər bir vətəndaş seçkilərdə iştirak etməsi seçib, seçilmək hüququndan faydalan bildi.Ölkəmizdə seçkilərin şəffaf keçirilməsinə heç kəsin şübhəsi olmamalıdır.

– Ötən çağırışlar Parlamentin üzvü olaraq  Milli Məclisin yeni seçilmiş deputatlarından qanunvericilkdə hansı dəyişikliklər etməsini gözləyirsiniz?

II,III,və IV çağırış Milli Məclisin deputatı olaraq bildirim ki, artıq Azərbaycan qalib ölkədir,Süveren dövlətdir,bir çox beynəlxalq lahiyələrin uğurlu icracısıdır, Azərbaycan beynəlxalq platformada söz sahibidir, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində Milli Məclisdə yeni kosnepsiya ilə fəaliyyət göstərəcəyinə inanıram, Bildirim ki, millət vəkili olduğum zaman mən fəaliyyətim boyu gələcək üçün nəzərdə tutulan  qanunvericiliyimizin təkmilləşdirilməsində, lazımi qərarların qəbul olunmasında iştirak etmişəm. Bir çoxları o zaman bu məsələri anlamasalarda biz əmin idi ki, qəbul olunan qanunlar hazırlanan sənədlər Azərbaycanımızın, xalqımızın rifahına hesablanıb. MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyət göstərmişəm.  Həmçinin  GUAM parlament assambelyasında fəaliyyətim zamanıda birmənalı olaraq  milli ideologiyamızın hər zaman önə çəkilməsinə önəm vermişəm   Bütün bunlara görə də mükafatlarla təltif olunmuşam. Ən əsası isə ölkə başçısı İlham Əliyev  tərəfində “Şöhrət” ordeni ilə təltif olunmuğamdır. Bu gün isə elmi fəaliyyətimi davam etdirirəm.  Bu gün Milli Məclis üzvlərinin qarşısna açıq yol xəritəsi təqdim olunub və yenilənən Azərbaycanımızın daha da inkişaf etdirilməsi üçün yeni çağırışlara cavab verən qanunvericiliyimizin formalaşması və təkmilləşdirilməsi ən vacib tələblərdəndir.

 -VII çağırış Milli Məclisin ilk iclasında  Prezident İlham Əliyev nitq söylədi, hansı məsələlərə önəm verilməsi gözlənilir?

Sentyabrın 23-də Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında Azərbaycanın qarşısında duran strateji vəzifələr haqqında danışdı. Bundan əvvəlki zamanlarda  olduğu kimi ölkə başçısının  çıxışı hər bir cümləsi,sözü  ciddi şəkildə təhlil olunmalı və öyrənilməlidir.  Dövlət başçısı vacib məqamlara toxunaraq hər bir vətəndaşı maraqlandıran suallara çıxışı zamanı cavab verdi. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Torpaqlarımızın işğalı dövründə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazilərimizin geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən dövrlərdə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar möhtəşəm Qələbəyə zəmin yaratdı. Tarixi Zəfər təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə, məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər rəhbər, qalib xalq deməsinin əyani subutudur. Prezident İlham Əliyev, həmçinin çıxışı zamanı qeyd edib ki, son illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik ki, biz haqlıyıq və ədalətsizliyi öz gücümüzlə bərpa etdik. Cənab Prezident  İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.Erməni vandalizmi dünyanın gözü önündədir. Hazırda elə Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış abidələrin vəziyyəti, tez-tez minaların partlaması nəticəsində həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti Prezident İlham Əliyevin çıxışlarında gündəmdədir. Dövlətimizin başçısı beynəlxalq konfranslarda çıxışları zamanı bu məsələləri hər zaman qaldırır, erməni vandalizmini dünyada ifşa etmək istiqamətində uğurlu iş aparır. Ermənistan və ona dəstək verən dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər.

– Anti-Azərbaycan təbliğatı və müyyən təşkilatlar ölkəmizin imicinə təsir edirlər bunula bağlı fikirləriniz və nə kimi tədbirlər görülməlidir?

Vətən müharibəsinin başa çatması ilə regionda yeni iqtisadi imkanlar yaranmışdır. Azad edilən torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin başlanması ilə, Qarabağ bölgəsi Azərbaycanın ümumi iqtisadi inkişafında önəmli rol oynamışdır.  Vətən  müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik. Bizim qələbəmizə sevinən dövlətlər  qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan  bəzi xarici qüvvələr də var. Prezident İlham Əliyev çıxışında demişdir : “ Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir – biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”. Bu baxımdan anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı böhtan kampaniyası aparır, əssasız ittihamlar səsləndirirlər. Təbii ki, onların bu iddiaları Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində iflasa məhkumdur. Azərbaycanın haqq savaşında öndə dayanıb bütün cəbhələrdə düşmənlə, onun havadarları ilə mübarizədən qalib ayrılan, haqqımızı bizə qaytaran, 200 illik tariximizdə ən böyük qələbəni xalqımıza yaşadan Prezident İlham Əliyev  Qarabağ Universitetinin açılışında tələbələrlə görüşdədə gələcəyimiz üçün önəmli mesajlar verdi. Azərbaycan hər tərəfli inkişaf etdirilməsi  və dünya birliyində söz sahibi olması əsas amildir. İşğaldan azad edilmiş ərazilərdə yollar, hava limanları salınır, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər, rayonlar bərpa edilir, yenidən qurulur. Mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir.Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8 məscidin inşası hazırda davam edir. Xankəndidə açılan Qarabağ Universitetini seçən 1200 gənc vətənpərvər, milli gəncliymizin ruhunu ifadə edir. Bəli, ermənilər işğal etdiyi torpaqlarda dağıdıcı, antiekoloji, antihumanist, antimədəni mövqe nümayiş etdirirdilər, çünki bu, onların doğma yurdları deyildi. Ermənilərdən fərqli olaraq xalqımız öz ata-baba yurdlarını bərpa edir. Bütün bunlar daxili imkanlar hesabına edilir deyən Azərbaycan Prezidenti bir real həqiqəti, söz və imzanı təsdiqləyir – biz torpaqlarımızı özümüz qoruyur, özümüz qurub-yaradırıq, ənənələrə sahibliyimizi nümayiş etdiririk. O ki,qaldı anti-azərbaycan təbliğatına ölkə başçısı dediyi ki,onlar sadəcə iftira və yalan üzərində  qurulmuş miflərdir. Artıq bütün dünya ictimayyəti Azərbaycanın sağlam tərəfdaş olduğunu bilir və bu bir çox əməkdaşlıqlar inkişaf etdirirlir.  Bildiyiniz kimi dünya ictimayyəti COP29 Azərbaycanda keçirilməsini dəstəkləyir.

– Sizcə daha hansı istiqamətlərə önəm verməlidir?

Azərbaycanın inkişafı naminə heç bir məqam kənarda qalmamlıdır. Prezident çıxışında daha bir önəmli məqama toxunaraq bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başıçısı həmin təxribatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı, bunların qarşısında xalqımızın güclü iradəsinin və milli ruhumuzun dayandığını qeyd etdi. Prezident xüsusilə diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Bununla belə, dövlət başçısı bildirdi ki, bu, bizi sakitləşdirməməlidir. Bəli, xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir.Ölkə başçısı çıxışı zamanı xarici risklərdən və sərhədlərin qorunması məsələlərindən də danışaraq ölkədə sabitliyin, əhalinin təhlükəsizliyinin fundamental konturlarını da açıqladı, və istənilən düşünülən təxribatın dərhal qarşısı ailınmasını vurğuladı. Bu gün hər bir azərbaycanlının da məlumatı var ki, Qarabağ müharibəsindən sonra bəzi bədnam qüvvələr və ermənipərəst dövlətlər Azərbaycana qarşı güclü təbliğat aparırlar. Bu qarayaxma kampaniyası xüsusilə də COP29 ərəfəsində daha da güclənib. Eyni zamanda, dövlət bütövlüyümüzün və suverenliyimizin bərpası bəzi dövlətləri mövcud reallığa qeyri-adekvat reaksiya verməsi də heç kimə sirr deyil. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında anti-Azərbaycan təbliğatına toxunması və buna qarşı mübarizə aparılmasının vacib olduğunu bildirməsi önəmlidir. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək, xarici siyasətdə heç bir geriyə addım olmayacaq və heç bir qüvvə bizi  haqq işimizdə dayandıra bilməyəcək.Qüdrətli ölkənin qalib Lideri kimi Prezident İlham Əliyevin gələcəyə yönəlik strateji proqram xarakterli çıxışı zamanı söylədiyi hər bir fikrin arxasında dövlətimizin daha da güclü olmasına hesablanan siyasət,qətiyyət, vətəndaşların  sosial rifahı  dayanır. Bu baxımdan Prezidentin çıxışı yeni hər bir vətəndaşın qarşısında perspektivdə bu tezisləri əsas tutaraq böyük amala doğru birgə yürümək məqsədi qoyur.

-Vətəndaşlarımızın rifahı üçün daha hansı addımlar atılması gözlənilir?

Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Dövlətimizin başçısının bildirdiyi kimi, 8 ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda artım 7 faiz olub. Eyni zamanda, son beş ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib. Bu da ölkə başçısı söz verdiyi kimi hər bir azərbaycanlının prezidenti olacağam vədinə əməl etmiş olur.

-Sizin gözləntiləriniz ?

Şübhəsiz ki, heç bir qüvvə artıq həll olunmuş Qarabağ problemini yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Çünki 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın zəfərləri erməni faşizmi üzərində qələbə idi. Artıq “Böyük Qayıdış” lahiyəsi icra olunur,soydaşlarımız tarixi torpaqlarımıza qayıdır. Azərbayca regionda yeni reallıqlar yaradıb. Ermənistanda məcburi sülh müqaviləsi ilə razılaşacaq,cünki onlar bilirlər ki,Azərbaycanla əməkdaşlıq regionda sabitliyin təminatı deməkdir.Bildirim ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi, iqtisadi və ideoloji strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Bu gün hər birimizin dövlətimizin yanında olmaq, ölkəmizin inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik. İnanıram ki,Milli Məclis  hüquqi, dünyəvi, unitar demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə ediləcək. Öz işinin öhdəsindən layiqincə gələrək yeni çağırışlara uyğun qanunvericilik bazasının təkmilləşməsində lazımi qərarlar qəbul edərək uğurlu fəaliyyət göstərəcək.  Beləliklə Prezidentimiz İlham Əliyev Milli Məclisdə çıxışında hər birimiz üçün uğurlu yol xəritəsi müəyyənləşdirdi və bu yol gələcəyimizin təhlükəsizliyi, iqtisadi inkişafımızın artımı, və sabitliyimizin qarantı məqsədinə yönəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki