Ən ucuz “Tesla” elektrik avtomobilləri bəlli oldu

image-52backend

“Tesla” ən ucuz elektrik avtomobillərini təqdim edib.

Busaat.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.

Şirkət “Model 3 Standard liftback” və “Model Y Standard krossoveri”ni elan edib. Bunlar yeni avtomobillər deyil, daha çox məşhur “Tesla” modellərinin versiyalarıdır. Bununla belə, əsas Model 3 və Model Y-nin qiyməti rekord dərəcədə aşağıdır: 38 600 dollar və 41 600 dollar.

Hər iki avtomobil 0-dan 100 km/saat sürətini 6,8 saniyəyə yığa bilən və təxminən 840 km məsafə qət edə bilən elektrik mühərrikinə malikdir. 15 dəqiqəlik sürətli şarj 240 kilometr məsafə qət edir. Bu modellərin qiymətini azaltmaq üçün “Tesla” əsas modeldə tapılan bir sıra xüsusiyyətləri aradan qaldırmalı idi.

Bunlara panoramik dam, ön və arxa işıq barları, ikinci sıra displey və ətraf işıqlandırma daxildir. Avtomobillərdə elektrik güzgüləri də yoxdur – onlar əl ilə tənzimlənməlidir.

Nəşrin jurnalistləri qeyd ediblər ki,” Tesla”nın baş direktoru İlon Mask dəfələrlə qiyməti təxminən 25 min dollar olan ucuz elektrik avtomobilinin buraxılacağına söz verib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki