Ərdoğan Çempionlar Liqasının finalında iştirak edəcək – “Hürriyet”

image-59592196_0_0_1600_901_1920x0_80_0_0_244bdd5ca5c1749c62df0ab889f53237-jpgbackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında “İnter” və “Mançester Siti” klubları arasında baş tutacaq oyunda iştirak edəcək.Ərdoğanla birlikdə qarşılaşmanı BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da izləyəcək.

Busaat.az xəbər verir ki, bu  barədə “Hürriyet” yazı dərc edib.

“BƏƏ əmiri prezident Ərdoğanla ikitərəfli görüşdən sonra İstanbulda Çempionlar Liqasının finalını izləyəcək”, – yazıda bildirilir.

Qeyd edək ki, iyunun 10-da İstanbulun Atatürk Olimpiya Stadionunda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında  final görüşü keçiriləcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90