Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ərdoğan G20 zirvəsinin yekunlarına dair açıqlama verib

image-erdogan-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın bunun bizimlə heç bir əlaqəsi yoxdur deməsi vacibdir.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısından sonra media mərkəzində mətbuat konfransı keçirib.

“DEAŞ-la mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qana ortaqdır. Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik. Terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə etsinlər, terrorçular onları gözləyən acı taledən qaça bilməyəcəklər. Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizin və bölgəmizin gələcəyində terrorun heç bir formasına yer yoxdur” – deyə, Ərdoğan Beyoğluda törədilmiş terror aktı ilə bağlı bildirib.

ABŞ-dan F-16-ların tədarükü ilə bağlı danışan Ərdoğan, Baydenin bu məsələyə müsbət yanaşdığını qeyd edib.

Ərdoğan Şimali Kipr Türk Cumhuriyyətinib Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv olması ilə bağlı vurğulayıb: “Bu qərarla bağlı heç bir yerdən, heç bir ölkədən icazə almağa ehtiyac yoxdur. O iş bitib”.

Polşaya düşən raketlərlə bağlı prezident Ərdoğan əlavə edib: “Rusiyanın bəyanatına hörmət etməliyik. Rusiyanın “Bu işin bizimlə heç bir əlaqəsi yoxdur” deməsi bizim üçün vacibdir. Baydenin hadisənin Rusiya ilə heç bir əlaqəsi olmadığını bildirib. Biz Rusiya və Ukraynanı eyni masa ətrafında toplamağa çalışırıq. Ona görə də, bu müharibədə üçüncü tərəfdaşa ehtiyac yoxdur”.

“Danışıqlarımız davamlı olaraq davam edir və inanıram ki, indiyə kimi davam edəcək, heç bir problem yoxdur. Cənab Putinlə görüşərək gübrə və ammonyak daşınması məsələsini müzakirə edəcəyik. Müqavilənin müddətini 1 ilə çatdırmağa çalışacağıq” – deyə, Ərdoğan taxıl dəhlizi ilə bağlı bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90824