Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

image-erdogan_putin_zelenskibackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini Türkiyəyə dəvət edib.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlayıb.

Onun sözlərinə görə, hər iki ölkə liderinin Türkiyəyə dəvət olunmasında məqsəd aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüşün keçirilməsidir.

“Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün oynaya biləcəyi hər cür rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edirik”, – deyə Kalın qeyd edib.

İ.Kalın, həmçinin bildirib ki, Ərdoğan bir neçə həftədən sonra Ukraynaya rəsmi səfərə yollanacaq və Prezident Vladimir Zelenski ilə danışıqlar aparacaq.

“Rusiya ilə də yaxın təmasda olacağıq”, – deyə Kalın əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90