Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.79 $▲1.14%
  • WTI neft85.08 $▲0.08%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.181 $▲3.05%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.94 $▼3.25%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.50 ¢▲1.17%
  • Bitcoin64 237 $▼0.98%
  • Ethereum1 802 $▼1.17%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Ərdoğan: "Türkiyədə dünyanın ən böyük peyvənd istehsalı mərkəzi fəaliyyət göstərəcək"

image-erdogan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tamamilə yerli və milli imkanlardan istifadə olunmaqla peyvəndimizin hazırlanmasının hər mərhələsində öz alimlərimiz, tədqiqatçılarımız iştirak ediblər. İstifadə üçün icazə alındıqdan sonra “Sinovac” və “Biontech”lə yanaşı, yerli peyvəndimiz “Turkovac”ı da vətəndaşlarımıza təqdim edəcəyik. Dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olaraq Ankarada “Gigiyena layihəsi”ni həyata keçiririk. Ankaranın Esenboğa hava limanının yaxınlığında 50 min kvadratmetr qapalı sahəsi olan “Gigiyena layihəsi”nin tender mərhələsi gələn həftə tamamlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli media nümayəndələrinə müsahibəsində bildirib.

Müsahibəsində bir çox aktual mövzulara toxunan Türkiyə Prezidenti son günlər ölkənin valyuta məzənnələrində baş verən dalğalanmalar haqqında danışaraq yeni qərarlarla bu məsələnin tənzimlənərək türk lirəsinin xarici valyutaya qarşı dəyər qazandığını deyib. Bildirib ki, məqsəd məzənnə dəyişikliyini azaltmaq, türk lirəsini daha dəyərli etməkdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=66819