
Ərdoğan və Stoltenberq İstanbulda görüşdü - GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR
Ərdoğan və Stoltenberq Ukraynadakı müharibəni müzakirə edib.
Busaat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib.
Görüşdən sonra Stoltenberq Türkiyənin Qara dəniz taxıl müqaviləsinin yenidən açılmasındakı rolunu yüksək qiymətləndirib.
“Biz həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünün yükunlaşdırmasını müzakirə etdik ki, bu da ittifaqımızı daha da gücləndirəcək” –deyə, Stoltenberq Twitterdə paylaşım edib.
Görüşdə Ərdoğan və Stoltenberq Ukraynadakı müharibəni, Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi, Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini müzakirə edib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə başa çatması və ədalətli həll yolunun tapılması üçün danışıqlara qayıtmağın vacibliyini vurğulayıb.
Ərdoğan həmçinin İsveç və Finlandiyanın alyansa üzvlüyü prosesinin həmin ölkələrin atacağı addımlarla müəyyən ediləcəyini qeyd edib.
Yunanıstandan danışan Ərdoğan, Türkiyənin bölgədə gərginliyi artırmadığını və Yunanıstanın sağlam düşüncə ilə hərəkət etməsinin faydalı ola bilməsini vurğulayıb.
Əlavə edək ki, NATO-nun Baş katibi taxıl müqaviləsinin uzadılması, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərinin müzakirə olunacağı gözlənilən üç günük səfər üçün Türkiyəyə gəlib.
Stoltenberqin ötən gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də görüşü baş tutub.
Busaat.az























