Erdoğan Zelenski ilə telefonla danışdı: “referendumlar danışıqları çətinləşdirəcək”

image-nct8s_1660826707_531backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Cumhurbaşkanlığının mətbuat xidməti yayıb.
Məlumata görə, görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyət qiymətləndirilib.
Prezident Ərdoğan görüş zamanı Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından çox məmnun olduğunu bildirib.
Ukrayna taxılının Qara dənizdən ixracına dair razılaşmanın effektiv olduğunu ifadə edən prezident Ərdoğan, Zaporojye Atom Elektrik Stansiyası məsələsində də ortaq məxrəcə gəlinmənin mümkünlüyünü qeyd edib.
Ukraynanın bəzi bölgələrində Rusiyanın nəzarəti altında birtərəfli referendumların keçirilməsinin diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcəyini qeyd edən Ərdoğan, müharibənin danışıqlar yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90