Ərdoğandan “bozqurd” işarəsi ilə bağlı AÇIQLAMA

image-45backend

Merih Dəmiralın verdiyi “bozqurd” işarəsi ilə bağlı Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan açıqlama verib.

Busaat.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görəQazaxıstandan qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan Avstriya ilə oyunda “boz qurd” işarəsi verdiyi üçün UEFA tərəfindən iki oyunluq cəzalanan Merih Dəmiral haqda danışıb.

“Kimsə deyir ki, almanların formalarında qartal var? Kimsə durub deyir ki, “fransızların formasında xoruz var, niyə xoruzlanırsan?”. Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki