Ərdoğanın həbsxanadan yazdığı məktub 22 il sonra ÜZƏ ÇIXDI – FOTO

image-erdoganabackend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şair Əhməd Tövfiq Ozana göndərdiyi məktub 22 il sonra ortaya çıxıb.

Busaat.az xəbər verir ki, Elazığda miokard infarktı səbəbilə dünyasını dəyişən şairə ünvanlanan məktub oğulları tərəfindən əlyazmaları arasından tapılaraq ortaya çıxarılıb.

Prezident şairə məktubda “qardaşım” deyə müraciət edib və müvəqqəti məkanda olduqlarını xatırladıb.

Qeyd edək ki, Əhməd Tövfiq Ozan bu ilin yanvar ayında 68 yaşında vəfat edib. Onun 1999-cu ildə Pınarhisar həbsxanasında məhbus olan Ərdoğana bir məktub yazdığı və əsərlərini göndərdiyi məlum olmuşdu. Ərdoğan isə öz əl yazısı ilə Ozana təşəkkür məktubu göndəribmiş.Publika.az

image-lphsx_1612766704_0446

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki