“Ərdoğanın ticarət sazişini təsdiqləməsi iki ölkə arasında ticarət dövriyyəsini daha da artıracaq”

image-ilham-erdoganbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Türkiyə liderinin “Resmi Gazete”də yayımlanan müvafiq qərarı əsasında saziş qüvvəyə minib.

Sazişin əhəmiyyətini Busaat.az-a dəyərləndirən Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycanla Türkiyə arasında son illər münasibətlər istər siyasi, istər ticarət, istər hərbi, istərsə də sosial, mədəni istiqamətlərdə çox yüksək səviyyədə inkişaf edir: “Əlaqələrin bu şəkildə irəliləməsi təbii ki, bizi də çox məmnun edir. Hesab edirəm ki, münasibətlərin bu səviyyədə inkişaf etməsi, bəlkə də Azərbaycan-Türkiyə arasında son 100 ilin ən yüksək göstəricisidir. Ona görə də iki dövlət arasında preferensial ticarət sazişinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməsi çox yüksək amildir”.

image-mubariz_goyuslu

“Məlum olduğu kimi, bu sazişin ərsəyə gəlməsi ötən il keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuarasının 8-ci iclasının yekunlarında ortaya çıxıb. Əməkdaşlıq Şurasının qurulması, 8 iclasının keçirilməsi elə iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasının göstərcisidir. Bu iclasda da belə bir sazişin imzalanması bu münasibətlərin ticarət istiqamətində də artan xətlə getməsinin göstəricisidir. Bu sazişi Azərbaycan Prezdenti ötən il təsdiqləmişdi. Artıq sazişi Türkiyə Prezidentinin də təsdiqləməsi ilə saziş tam olaraq qüvvəyə minmiş sayılır”-deyə, ekspert vurğulayıb.

O, hər iki dövlətin münasibətlərinin daha da sıxlaşadırılması baxımından ticarət mnünasibtələrinin çox vacib olduğunu da əlavə edib: “Ticarət münasibətlərinin artan xətt üzrə getməsi çox önəmlidir, çünki biz nə qədər ortaq soykökə, dilə və mədəniyyətə malik olduğumuzu söyləsək də, iki dövlətin birliyinin saxlanılmasını gücləndirən amillərdən biri də təbii ki, iqtisadiyyat, ticarət və sosail sahədə olan münasibətlərdir. Bu baxımdan, bu amili yüksək qiymətləndirir və düşünürəm ki, sazişin imzalanması, iqtisadi-ticari sahədə görüləcək işlər hər iki dövlət arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin həcminin daha da artmasına gətirib, çıxaracaq. Onsuz da dövlət başçıları, rəsmi şəxslər dəfələrlə görüşlərdə ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edirdilər. Bu mənada bu sazişin də faydalı olacağına inanır və bu kimi çalışmaların artacağına daha da inanıram. Qarşıda yeni iqtisadi-ticari, siyasi, hərbi, mədəni, elm-təhsil və soisal sahələrdə də yeni əməkdaşlıq perspektivlərinin açılacağını ümid edirəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90