Erkin Qədirli qalib olduğu 6 məntəqədə nəticələrin ləğvini tələb edir

image-erkin-qedirli-meclisbackend

16 Saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini vermiş Respublikaçı Alternativ Partiyasının (REAL) üzvü Erkin Qədirli qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğv edilməsini tələb edir.
Busaat.az
xəbər verir ki, bu barədə Partiyanın rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
“01 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bu gün (4 sentyabr – red.) şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib”, – məlumatda deyilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki