Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.94 $▼2.74%
  • WTI neft83.89 $▼1.00%
  • Avropa qazı (TTF)83.55 €▼2.26%
  • Təbii qaz (ABŞ)3.189 $▲0.85%
  • Qızıl3 767 $▼0.54%
  • Gümüş45.61 $▼0.44%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.00 ¢▼0.54%
  • Bitcoin64 112 $▼1.17%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Erməni boksçu Azərbaycan idmançısı ilə döyüşə çıxmaqdan İMTİNA ETDİ

image-boks
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turniri davam edir.

Busaat.az  xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub.

Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən 1/2 finala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçu 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından, boksçumuz yarışla vidalaşıb.

Yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90356