Erməni politoloq: Paşinyan “Nikol xaindir” deməyi qadağan edir

image-1457c0d6161337554545457648111119351backend

“Nikol Paşinyan “Nikol xaindir” deməyi qadağan edir. O düşünür ki, belə davranmaqla daha xain olmayacaq”.

Busaat.az azvision-a istinadən xəbər verir ki, bunu Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Ağasi Yenokyan deyib. Onun sözlərinə görə, Ermənistandakı hazırkı gərgin mənzərə fonunda baş nazir özü üçün virtual dünya qurub. Hansı ki, o dünyada Nikol xain yox, xilaskar görünür.

“Bu virtual dünyanın sakinləri Şuşanın 90 faizinin azərbaycanlı əhalidən ibarət olduğunu təsdiqləyir, Qafan yolunun 21 km-nin Azərbaycan ərazisindən keçdiyini elan edirlər. Virtual dünyada heç bir problem yoxdur, heç bir qarşıdurma yaranmır, oradakı insanlar şantaj və pulla satın alınır və xoşbəxtdirlər.

Virtual dünyaya paralel olaraq real Ermənistan var. Burada oğul və qız anaları ağlayır, Hadrut və Kəlbəcərdən olan qaçqınlar hələ də həyatda sağ qalmağa çalışırlar, insanlar bahalı qaz və işıq pulu ödəyə bilməyəcəklərindən, işə gedə bilməyəcəklərindən narahatdırlar. Ancaq ən əsası, gerçək Ermənistanda insanlar Qarabağsız, ordusuz, xarici siyasətsiz və nəhayət, ölkəni idarə edə biləcək bir hökumət olmadan həyatlarının hər dəqiqə təhlükə altında olduğunu başa düşürlər.

Real dünyada olan Ermənistan “bonuslar” istəmir, narsizm hüququ istəmir. Sadəcə yaşamaq haqqını istəyir və bunun üçün “virtual Nikolustan”ı məhv etməyə çalışır. Nikolun virtual dünyası hazırda həqiqi Ermənistanın hesabına “qidalanmağa” və yaşamağa davam edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90