Erməni politoloq Paşinyanın devrilməsindən danışdı: “Bunun 3 yolu var”

image-pasinyannbackend

Hazırda bəzi qüvvələrin üçün Ermənistanda bir nömrəli vəzifə baş nazir Nikol Paşinyan və hazırkı hakimiyyəti iqtidardan uzaqlaşdırmaqdır. Proqnozlara görə, gələcək çox pis olacaq.

Busaat.az News.am-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirilən müzakirə zamanı politoloq Argişti Kiviryan bildirib.

O, bəyan edib ki, hazırkı hakimiyyət Ermənistanı təkcə fövqəldövlətlər üçün deyil, həm də region dövlətləri üçün hərbi sınaq poliqonuna çevirib.

“Biz o yerə gəlib çatmışıq ki, siyasi prosesləri artıq 1990-cı illərdə öz yerini göstərdiyimiz Azərbaycan diktə edir. Hakimiyyəti ələ keçirrib, effektiv proqramlar həyata keçirmək lazımdır. Əks halda Ermənistan gələcəkdə qonşu dövlətlərin bir hissəsinə çevrilə bilər”, – Kiviryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasi arenasında çöküş var. Ekspert qeyd edib ki, Ermənistanda təkcə hesabatlı hakimiyyət deyil, həm də hesabat verən müxalifət var.

Kiviryanın sözlərinə görə, ideya və konsepsiyası olan siyasi qüvvələr anlayır ki, Ermənistan xilas edilməlidir. O, birləşməyə və Ermənistanın hazırkı hakimiyyətini İqtidardan uzaqlaşdırmaq və təhlükəsizlik planlarını həyata keçirmək üçün mexanizmlər hazırlamağa çağırıb.

“Bu qüvvələr göstərməlidirlər ki, hakimiyyət dəyişikliyindən sonra ölkəni böhrandan çıxara bilərlər. Ermənistan səhnəsində hakimiyyət dəyişikliyi üçün üç variant var: seçkilər, inqilab və ya seçki ilə inqilabın hibridi“, – Kiviryan xüsusilə əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90