Erməni təxribatının arxasında kimin dayandığı məlum oldu: Zəngilandakı şiddətli döyüşlər müharibəyə çevriləcəkmi? – SENSASİON DETALLAR

image-whatsapp-image-2023-06-15-at-18-55-00-768x403-1backend

“Zəngilanda baş verən döyüşlər Laçında Dövlət Sərhəd Xidmətinin əsgəri vurulandan sonra baş verdi. Bu, Azərbaycanın cavabından irəli gələn bir məsələdir. Ermənilərin əsas məqsədi diqqəti yayındırmaqdır. Onlar Azərbaycanı məcbur etmək istəyirlər ki, ordumuz Erməmistana tərəf keçsin. Beləliklə ermənilər dünyaya Azərbaycanın işğalçı dövlət olduğunu bəyan etmək məqsədi güdürlər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Zəngilanda gedən şiddətli döyüşləri şərh edən politoloq Cümşüd Nuriyev səsləndirib. O bildirib ki, Zəngilandakı döyüşlər genişmiqyaslı müharibəyə çevrilməyəcək: “Ermənilər Qarabağda məğlub olduqlarından sərhəddə müsbət nəticə əldə etmək istəyirlər. Artıq Daşnaksütyun İrəvanda dövlət çevrilişlərinə cəhdlə bağlı çağırışlara başlayıb. İran və Rusiya isə müəyyən məsələlərlə heç cür razılaşa bilmir. Türkiyə Prezidenti Ərdoğanın və ardınca Pakistanın Baş naziri Şahbaz Şərifin Bakıya gəlməsi bu iki dövlətdə qıcıq yaradır. Çünki hər iki dövlət Azərbaycanın tezliklə Ermənistanla sülh sazişi imzalaması məsələsini gündəmə gətirir. Bu, Ermənistandan çox ona havadarlıq edən qüvvələrin narahatçılığına səbəb olur. Ona görə də, təxribatların arxasında Rusiya dayanır. Çünki Ermənistan sərhədini Rusiya ordusu qoruyur. Bütün hallarda baş verən döyüşlər, eləcə də Ermənistanın təxribatı genişmiqyaslı müharibə ilə nəticələnməyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki