Ermənilər təxribata davam edir: “Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”

image-marukyanbackend

Ermənistanın xüsusi elçisi Edmon Marukyan beynəlxalq ictimaiyyətə müraciət edərək, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizm yaratmaq üçün səyləri davam etdirməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Marukyan rəsmi tvitter səhifəsində yazıb.

“Azərbaycan prezidenti İlham Əliyev deyir ki, Qarabağ məsələsi daxili məsələdir və bunu heç kimlə müzakirə etmək niyyətində deyillər. Əvvəla, bir daha xatırladıram ki, heç bir daxili məsələ ilə 3 daimi üzv dövlət məşğul olmayıb. BMT Təhlükəsizlik Şurasını nəzərdə tuturam. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa ilə onilliklər ərzində bu məsələ ilə bağlı danışıqlar aparıblar və indi Avropa İttifaqı da bu işlə məşğuldur. Ona görə də Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”, – erməni siyasətçi qeyd edib.

Marukyan xatırladıb ki, İkinci Dünya Müharibəsindən sonra 70 ildən artıqdır ki, fundamental insan hüquq və azadlıqları ölkədaxili məsələ hesab edilmir, çünki dünya ictimaiyyəti dağıdıcı dünya müharibəsindən dərs alıb və heç bir diktator və ya demokratik yolla seçilmiş lider insan hüquqlarının pozulmasına yol verə bilməz.

“Qarabağ erməniləri “etnik təmizləmə” təhlükəsi ilə üz-üzədir. Beləliklə, beynəlxalq ictimaiyyət Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın və Qarabağın rəsmi nümayəndələri arasında problemin sülh yolu ilə həlli və beynəlxalq mexanizmin yaradılması istiqamətində səylərini davam etdirməlidir”, – deyə Edmon Marukyan Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki