Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.92 $▲0.54%
  • WTI neft86.26 $▲0.69%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 043 $▼2.00%
  • Gümüş51.56 $▼3.16%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 706 $▼2.06%
  • Ethereum2 050 $▼3.88%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Ermənilərdən Köçəryana: “Kişisənsə, Əliyevdən istə...” (VİDEO)

image-kocaryan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Onların günahları ucbatından Ermənistan indi ağlamalı vəziyyətdədir. İndi Robert Köçəryan öz cinayətlərini gizlədir. Əlbəttə, gizlədəcək, nə qədər insan öldürdüyünü deməyəcək. Məni əsəbləşdirməyin, gedin.

Busaat.az Axar.az-a xəbər verir ki, bu sözləri “Araratnews.am”ın müxbirinin küçə reportajında erməni vətəndaş deyib. Başqa bir xanım vətəndaş isə Köçəryanı və Qarabağ ermənilərini qadın paltarı geyinib qaçmaqda ittiham edib:

“Müharibə vaxtı Köçəryan və oğulları, tərəfdarları analarının tumanı altında gizlənmişdilər. Qarabağda yaşayanlar isə oğullarına qadın paltarı və parik geyindirib Ermənistana göndərdilər. Ona görə müharibədə əsasən Ermənistanda yaşayanlar öldü. Bəs niyə müharibədən sonra Nikol Paşinyan ölən əsgərlərin valideynlərinə milyonları paylayanda onlar sakitcə pulları götürdülər və baş naziri oğullarının ölümünə görə günahlandırmadılar?”

Sualları cavablandıran vətəndaşlardan digəri isə Qarabağın artıq çoxdan Azərbaycana aid olduğunu vurğulayıb:

“Müxalifət deyir ki, Paşinyan Qarabağı Azərbaycana vermək istəyir. Qarabağ çoxdan Azərbaycana məxsusdur. Əgər onlar belə cəsur və ağıllıdılarsa, qoy İlham Əliyevdən Qarabağı tələb etsinlər”.

Robert Köçəryan və Serj Sərkisyanın Şuşanı qaytarmaq vədlərinə münasibət bildirən vətəndaş isə bunu gülünc adlandırıb:

“Robert və Serj deyirlər ki, onlar hakimiyyətə gələn kimi Şuşanı qaytaracaqlar. Buna bişmiş toyuğun gülməyi gəlir. Onlar neçə illər ölkəni talayıblar. Biz artıq boğaza yığılmışıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78724