Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Ermənistan dünən təxribat törətdiyi əraziyə qanunsuz silah-sursat DAŞIYIR - ANBAAN VİDEO

image-1678088677_page
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna, dünən toqquşmaların baş verdiyi yerə (Xankəndi-Xəlfəli-Turşsu) dolama qrunt yolu ilə silah, sursat və yanacağın daşınmasına dair videosübut yayılıb.

Busaat.az xəbər verir ki, həmin görüntüləri “Caliber” hərbi dairələrdəki mənbələrindən əldə edib.

Görüntülərdə daşınmanın gecə-gündüz həyata keçirildiyi müşahidə olunur.Hərəkət ikiistiqamətlidir.  Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə nəqliyyat vasitələri Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən isə yenə Xankəndidən Ermənistana doğru hərəkət var.

>Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin, həmçinin mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyinə zəmanəti öhdəsinə götürüb.

 

Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir və Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə təchiz etməkdə davam edir ki, bunun nəticəsində dünən hərbçilərimiz həlak olublar.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102877