Ermənistan XİN-ə yeni sözcü təyin olunub.
Busaat.az xəbər verir ki, xarici işlər nazirinin əmri ilə Ani Badalyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi təyin edilib.
Badalyan ermənicədən başqa ingilis, fransız və rus dillərini bilir.
Qeyd edək ki, daha əvvəl Vahan Hunanyan istefa məktubu yazıb. Məktuba uyğun olaraq o, XİN-in mətbuat katibi vəzifəsindən azad edilib.