Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.95 $▲0.57%
  • WTI neft86.37 $▲0.82%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.309 $▲2.99%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 853 $▼1.87%
  • Ethereum2 058 $▼3.49%
  • S&P 5007 521▼0.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Ermənistan yenə sülhdən qaçır – Mirzoyan “status”dan danışır

image-1084592
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dağlıq Qarabağ münaqişəsinin həlli müharibə yox, sülh deməkdir və Ermənistan regionda sülhün və stabilliyin bərqərar olunması üçün səylərini davam etdirir”.

Busaat.az  erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində deyib. Mirzoyan əlavə edib ki, 9 noyabr 2020-ci il bəyanatı qəbul edildikdən sonra orada nəzərdə tutulmuş bir çox məsələlər həllini tapmayıb. Nazir deyib ki, Bakı hələ də erməni əsirlərin hamısını azad etməyib və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini abidələri məhv olmaq təhlükəsi qarşısındadır.

Mirzoyan iddia edib ki, Azərbaycan Dağlıq Qarbağda atəşkəs rejimini pozur: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78466