Ermənistanda keçirilən aksiyalarda 10 müxalifət lideri saxlanılıbbackend

Ötən gün Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.

Saxlanılan şəxslərin siyahısını təqdim edfirik:

– Gaqik Tsarukyan (“Çiçəklənən Ermənistan” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Qarnik İsaqulyan (“Milli Təhlükəsizlik” partiyası, ER Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Suren Surenyants (Politoloq), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Qeqam Manukyan (“Daşnaksütyun”), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– David Ambardzumyan (“Respublikaçılar” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Ara Saakyan (parlamentin keçmiş vitse-spikeri), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Arthur Vanetsyan, (“Vətən” partiyası) RA Cinayət Məcəlləsinin 1-ci hissəsinin 225.1-ci maddəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Eduard Şarmazanov (“Respublikaçılar” partiyası), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– Artur Qazinyan (“Vahid Ermənistan” partiyası), RA Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,

– İşxan Saqatelyan (“Daşnaksütyun), Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinir.

– Vaaqn Çaxalyan və Hraçya Qukasyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən çıxmamaq barədə bir qərar qəbul edilib. Onların hansı partiya və ya təşkilata mənsub olmalarına dair məlumat verilməyib.

Cinayət işinin ilkin istintaqı davam edir.