Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.88 $▲1.24%
  • WTI neft85.57 $▲0.66%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.191 $▲3.37%
  • Qızıl3 857 $▼0.52%
  • Gümüş47.44 $▼0.11%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 334 $▼0.74%
  • Ethereum1 808 $▼0.60%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Ermənistanda müharibədə ölən hərbçilərin qalıqları zirzəmiyə atılıb - Cinayət işinə xitam verilib

image-1642258472855748441_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda 44 günlük müharibədə həlak olmuş əsgərlərin cəsədlərini və qalıqlarını zirzəmiyə atmağa görə heç kim məsuliyyət daşımayacaq. Bu ölkənin İstintaq Komitəsi hərbçi meyitlərinin zirzəmidə saxlanılmasının normal olduğu qənaətinə gəlib və cinayət işinə xitam verilib.

Busaat.az xəbər verir ki, bunu İkinci Qarabağ müharibəsində məhv edilsələr də, adları itkin düşənlərlərin siyahısında yer alan, sonradan qalıqları tapılaraq Ermənistana aparılan hərbçilərdən birinin yaxın qohumu Arsen Quqasyan İravunk.com saytına müsahibəsində deyib.

Hərbçilərin yaxınları adından danışan Arsen Quqasyan əminliklə bildirib ki, bununla bağlı cinayət işinin başlanması iyrənc hadisəyə görə məsuliyyət daşıyan şəxslərin əməllərinə hüquqi qiymət vermək yox, yalnız ictimai narazılığı azaltmaq məqsədi daşıyıb.

“Biz Azərbaycan tərəfinin göstərmədiyi münasibəti Ermənistanda gördük. Abovyan meyitxanasında baş verənlərə görə cinayətkarların cavab verməsini tələb edirik, hüquq-mühafizə orqanlarının bu məsələdə geri çəkilməyə haqqı yoxdur.

Bu məsələdə də geri çəkilsək, boynumuza kəndir keçirməliyik”, – deyən Quqasyan ölkə miqyasında etiraz hərəkatlarına başlayacaqlarının anonsunu verib.

Qeyd edək ki, 2021-ci il dekabrın 31-də erməni hərbçilərinin qalıqlarının Abovyan şəhərindəki meyitxananın zirzəmisində saxlandığı barədə infomasiya geniş ictimaiyyətə məlum olub. Ermənistan Səhiyyə Nazirliyi ictimailəşən faktı etiraf etməkdən başqa yol qalmadığına görə DNK testindən keçirilən qalıqların yaxınları tərəfindən dəfn edilmək üçün aparılmasını gözlədiklərini bildirdi. Ardınca isə Məhkəmə Tibbi Elmi-Praktiki Mərkəzi Abovyan şöbəsinin müdirinin və iki əməkdaşının işdən çıxarıldığı elan edildi. Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə cinayət işinin açıldığı barədə məlumat verildi. Sonra məlum olub ki, işdə cinayət tərkibi olmadığı üçün prokurorluqda cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68638